Corc Fen

Corc Fen
ing. George Fan
Fen 2018-ci ildə.
Fen 2018-ci ildə.
Doğum tarixi 1978
Milliyyəti Amerikan
Təhsili Berkli Kaliforniya Universiteti
Fəaliyyəti videooyun dizayneri
yaradıcı direktor
Fəaliyyət illəri 2000–hal-hazırda
Tanınır Insaniquarium
Plants vs. Zombies
Octogeddon

Corc Fen (ing. George Fan; d. 1978) — ABŞ videooyun dizayneri. O, hazırda "All Yes Good" indie oyun studiyasının yaradıcı direktoru kimi çalışır. Fen "Insaniquarium" (2001), "Plants vs. Zombies" (2009; eyniadlı videooyun franşizasının əsasını qoydu), "Octogeddon" (2018) və "Hardhat Wombat" (2023) oyunlarının dizayneri olmuşdur. O, oyun dizaynerliyinə başlamazdan öncə təhsil aldığı Berkli Kaliforniya Universitetini 2000-ci ildə informatika elmi dərəcəsi ilə bitirmişdir. Məzun olandan sonra karyerasına "Arcade Planet"-in veb-saytı olan "Prizegames.com" üçün oyunlar hazırlamaqla başlamışdır. Nəhayət "Flying Bear Entertainment"-i təsis etmiş və Müstəqil Oyunlar Festivalında finalçı olmuş "Insaniquarium" oyununu yaratmışdır. Daha sonra "Blizzard Entertainment"-də işləməyə başlamışdır. Eyni zamanda "PopCap Games" üçün "Insaniquarium"-u daha da inkişaf etdirmiş və 2004-cü ildə oyunun "Deluks" versiyasını təqdim etmişdir.

Daha sonra Fen "Blizzard"-dan ayrılmış və "Plants vs. Zombies"-i inkişaf etdirməyə başlamışdır. O, onu bir komanda ilə təmin edən "PopCap"-ın daimi işçisi olmuşdur. 2009-cu ildə buraxıldıqdan sonra "Plants vs. Zombies" "PopCap"in ən çox satılan oyunu olmuşdur. "Electronic Arts" 2011-ci ildə "PopCap Games"-ı satın almış və Fen EA-nın 2012-ci ildə "Plants vs. Zombies 2" üçün "ödə və qazan oyunu" modelini tətbiq etmə ideyasına qarşı çıxdığı üçün işdən çıxarılmışdır. O, "Octogeddon"-u inkişaf etdirməyə başlamış və oyunu 2012-ci ildə "Ludum Darer" oyun müsabiqəsinə təqdim etmişdir. Fen Riç Verner və Kert Pfeffer ilə birlikdə "All Yes Good" adlı şirkət təsis etmiş və "Octogeddon"-u buraxıldığı 2018-ci ilə qədər daha da inkişaf etdirmişdir. O, daha sonra 26 oktyabr 2023-cü ildə buraxılmış "Hardhat Wombat"-i inkişaf etdirmişdir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy